Dünya

Qəzzanı fələstinlilər idarə edəcək - İsrailli nazir

16 Yanvar 2024 07:58
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Radikalların İsrailə qarşı təhlükəsi aradan qalxdıqdan sonra Qəzza zolağı fələstinlilər tərəfindən idarə olunacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant televiziyada çıxışı zamanı deyib.

"Qəzza zolağında fələstinlilər yaşayır və gələcəkdə onlar idarəetmədə iştirak edəcək. Qəzzanın gələcək hökuməti İsrail üçün təhlükə yaratmayan qüvvələr olmalıdır. Hərbi kampaniyanın sonu siyasi cəhətdən təmin edilməlidir", - Qalant deyib.

Qeyd edək ki, yanvarın 14-də Qalant İsrail hökumətini 2007-ci ildən Qəzza zolağına rəhbərlik edən HƏMAS hərəkatına alternativ İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının mövqeyini gücləndirmək üçün tədbirlər görməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.