Dünya

Britaniya 20 min hərbçi göndərir: Putin təhlükəsinə qarşı...

15 Yanvar 2024 12:20
Baxış: 1 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya bu ilin birinci yarısında NATO-nun Avropada keçiriləcək əsas təlimlərinə 20 min hərbçi göndərəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Fevraldan iyun ayına qədər Şərqi Avropaya 16 000 hərbçi, aviadaşıyıcı zərbə qrupu, "F35B Lightning" hücum təyyarələri və kəşfiyyat təyyarələri göndəriləcək.

"Bu gün mən elan edə bilərəm ki, Böyük Britaniya Soyuq müharibədən bəri NATO-nun ən böyük təlimlərindən birində iştirak etmək üçün təxminən 20 000 hərbçi göndərəcək. Təlim zamanı ordumuz 30 NATO ölkəsi və İsveçdən olan həmkarları ilə birləşərək Putin təhlükəsinə qarşı həyati təminat verəcək", - Britaniya müdafiə naziri Qranp Şapps bildirib

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.