Dünya

Bu tarixdən tez sülh olmayacaq - Rusiyalı milyarder

14 Yanvar 2024 22:46
Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada mayın 25-dən əvvəl sülh gözlənilmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı iş adamı, milyarder Oleq Deripaska öz Telegram kanalında yazıb.

O xatırladıb ki, Dünya İqtisadi Forumu Davosda öz işinə başlayır və əsas mövzu Yaxın Şərq və Ukraynada sülhə dair danışıqlar olacaq.

Deripaska vurğulayıb ki, ABŞ forumda ən yüksək səviyyədə təmsil olunacaq - dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan iştirak edəcək.

Eyni zamanda, milyarder Rusiya nümayəndə heyətinin olmayacağından Ukraynadakı vəziyyətlə bağlı söhbətin konstruktiv nəticə verməyəcəyindən təəssüfləndiyini bildirib.

"Biz mayın 25-dən əvvəl sülhü gözləməli deyilik. Gündəmdə həmçinin Qəzza zolağında münaqişə var. Onun həlli ABŞ, BƏƏ, Qətər və İsraillə birlikdə müzakirə olunacaq", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.