Dünya

Ukraynaya yardım üçün milyonlarla dollar ayırdılar

13 Yanvar 2024 15:27
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka hökuməti Ukraynanın infrastrukturunun bərpası üçün milyonlarla dollar vəsait ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ölkənin Xarici İşlər Nazirliyi Danimarkanın Ukraynaya yardım üçün 151 milyon kron (22 milyon dollar) ayırdığını bildirib. Qeyd olunur ki, vəsait ölkənin infrastrukturunun bərpasına, eləcə də istilik və enerji təchizatının təmin edilməsinə yönəlib. Bundan əlavə, Danimarkadan alınan pul minaların aşkarlanması və zərərsizləşdirilməsinə sərf olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.