Dünya

ABŞ husilərə 100 raket atıb - Hücumun təfərrüatı

13 Yanvar 2024 00:36
Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecə ABŞ və Britaniya hərbi hava qüvvələri yəmənli husilərin mövqelərinə 100-ə yaxın dəqiq idarə olunan raket və mərmi atıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, husilərin Qırmızı dənizdə ticarət gəmilərinin marşrutlarını izləməsinin qarşısını almaq üçün Səna hava limanındakı radarlar məhv edilib. Husilərin nəzarətində olan sahilyanı Hüdeyda şəhəri də hücuma məruz qalıb. İrandan gətirilən silah anbarları, raketlər və pilotsuz təyyarələr məhv edilib.

ABŞ "Dwight Eisenhower" təyyarədaşıyan gəmisindən 15 ədəd F-18 döyüş təyyarəsini havaya buraxıb. Kiprdəki hava bazasından havaya qalxan "Tayfun" (Eurofighter Typhoon təyyarəsindən də istifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.