Dünya

“İraq İslam Müqaviməti” ABŞ-ın Suriyadakı bazasına zərbələr endirdi

12 Yanvar 2024 23:29
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq İslam Müqaviməti"nə aid silahlı şiə birləşmələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbəsi endirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Al-Mayadeen" telekanalı məlumat yayıb.

İtki və zərər barədə məlumat verilmir.

ABŞ ordusunun sözçüsü Patrick Ryder çərşənbə axşamı bildirib ki, ABŞ qüvvələri İraq və Suriyada 2023-cü il oktyabrın 17-dən bəri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-nin İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.

Bundan əvvəl şiə milislər "Telegram" kanallarında yaydıqları bəyanatda ABŞ-a Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.