Dünya

Yəmənə hava hücumları zamanı ölənlərin və yaralananların sayı açıqlanıb

12 Yanvar 2024 13:01
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Səri videoya çəkilmiş müraciətində bildirib.

"Amerika və Britaniya düşməni Yəmən xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq", - Sari deyib.
O, Yəmənin husilərin nəzarəti altında olan 5 bölgəsinə ABŞ və Britaniyanın 73 zərbə endirdiyini açıqlayıb. O, bu zərbələrin hədəfləri barədə ətraflı məlumat verməyib.

Husilərin Xarici İşlər Nazirliyinin rəsmisi Hüseyn əl-Ezzi "Amerika və Britaniya gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri ilə kütləvi aqressiv hücumu" həyata keçirdiyini deyib. "Amerika və Britaniya, şübhəsiz ki, ağır bədəl ödəməyə və bu açıq təcavüzün bütün dəhşətli nəticələrini çəkməyə hazırlaşsınlar", Əl-Ezzi əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.