İsrail hərbçilərinin Qəzzada əməliyyatları zamanı təxminən 380 məscid ya tamam, ya da qismən dağıdılıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri 140 məscidi tam, 240-nı da qismən dağıdıb. Həmçinin 3 kilsənin də zərər gördüyü bildirilib.
Məlumata görə, atışmalar nəticəsində yaşı min ildən çox olan tarixi tikilələr də dağıntılara məruz qalıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun