Dünya

SEPAH-ın raketi “geri” qayıtdı, 11 əsgər yaralandı

11 Yanvar 2024 17:43
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhəri yaxınlığında keçirdiyi "Peyambər-i Əzəm 18" hərbi təlimi zamanı 11 hərbçi xəsarət alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr sosial mediada məlumat yayıblar.

Bildirilib ki, SEPAH-ın şərti düşmənə raket hücumunu simulyasiya etdiyi zaman texniki nasazlıq səbəbindən buraxılan reketlərdən ikisi geri qayıdaraq raket buraxılışı platformasının yaxınlığına düşüb.

Yaralı SEPAH üzvlərinin Çabahar şəhərinin "Seyyid əl-Şühəda" xəstəxanasına yerləşdirildikləri, bir neçəsinin durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 10-da keçirilən genişmiqyaslı təlim zamanı buraxılan raketlərdən üçü Çabaharın neft-kimiya zavoduna düşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.