Dünya

Rusiya İnterpoldan çıxa bilər

10 Yanvar 2024 07:52
Baxış: 562
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya İnterpoldan çıxa bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə vəkil Sergey Jorin bildirib. Onun sözlərinə görə, bunu İnterpolun 91-ci sessiyasının yekunları üzrə dərc olunmuş sənədlər deyir.

Vəkil bildirib ki, assambleya zamanı Rusiyanın İnterpolun axtarış bazasına çıxışının məhdudlaşdırılması məsələsinə baxılıb.

Belə bir tədbir Rusiyanı arzuolunmaz vəziyyətə salacaq. Moskva İnterpolun büdcəsinə ödənişlərə davam etməli olacaq, lakin üzv ölkənin əsas hüququnu itirəcək.

Rusiya tərəfi cavab olaraq təşkilat üzvlüyündən çıxması barədə təqdimat göndərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.