Dünya

Lavrov Abdullahiana başsağlığı verdi

10 Yanvar 2024 00:10
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı iranlı həmkarı Hüseyn Əmir Abdullahiana Kirmanda baş vermiş qanlı terror aktından dolayı başsağlığı verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin koordinasiyasına bundan sonra da hazır olduqlarını bildiriblər.

XİN rəhbərləri "Yaxın Şərq və beynəlxalq problemlər" ətrafında fikir mübadiləsi aparıb, həmçinin siyasi dialoqun və praktiki əməkdaşlığın qurulmasının aktuallığını vurğulayıblar.

Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən kütləvi mərasimdə baş verən teraktda azı 91 nəfər həlak olmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.