Dünya

Kim Çenin bacısı da Cənubu hədələdi: Ani ölüm...

7 Yanvar 2024 21:03
Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreya ordusu öz hərəkətləri və əsassız bəyanatları ilə yalnız özləri üçün ani ölümə çevrilə biləcək düzəlməz fəlakətlər gətirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon deyib.

"Artıq açıq şəkildə qeyd edildiyi kimi, ordumuz ən kiçik təxribata dərhal atəşlə cavab verəcək. Son zamanlar hərbi qanqsterlərin (Cənubi Koreya hərbçiləri nəzərdə tutulur - red.) müəyyən reaksiya prinsipini ifadə edən sevimli sözləri "dərhal, güclü və sona kimi"dir. Onlar yadda saxlamalıdırlar ki, bu sözləri təkrarlamaqda israrlı olmaları "ani ölüm, məcburi ölüm və tam son" ilə nəticələnə bilər. Şimali Koreya hərbçiləri heç bir artilleriya atəşi həyata keçirməyib, yalnız 130 mm-lik artilleriyasının yaylım atəşini simulyasiya edən 60 partlayıcını işə salıb. Cənubi Koreya hərbçiləri də şimalı dərhal təxribatçı və gərginliyin artmasında əsas günahkar kimi göstərməyə çalışaraq bu tələyə düşdülər", - Çjon bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.