Dünya

İsrail HƏMAS-la müharibədə planlarını dəyişir

7 Yanvar 2024 13:59
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İsrail Fələstinin "HƏMAS" hərəkatını tam olaraq məhv etmək planlarından imtina edir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı bir neçə ekspertin qənaətinə əsasən "CNN" telekanalı yayıb.

Ekspertlərin fikrincə, İsrail öz qüvvələrini girovların azad edilməsinə yönləndirir. 

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-si başlayıb. Ölkənin Baş naziri Benyamin Netanyahu bildirib ki, müharibə HƏMAS tam məhv edilənə qədər davam edəcək. Hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında 22 200 insan həlak olub. Hazırda HƏMAS-ın 100-dən çox insanı girov saxladığı məlumdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.