Dünya

Livandan İsrailə: Bu, regional müharibəyə səbəb olacaq

6 Yanvar 2024 20:09
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livan İsraildən respublikanın suverenliyini pozmaqdan əl çəkməyi və qoşunların ölkənin cənub rayonlarından çıxarılmasını tələb edir. Çünki sərhəddə vəziyyətin daha da gərginləşməsi regional müharibənin başlanmasına səbəb ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəcib Mikati AB diplomatiyasının rəhbəri Jozep Borrellə danışıqları zamanı bildirib.

Mikati Livan vətəndaşlarının istənilən tərəflə silahlı qarşıdurmanın əleyhinə olduğunu və dinc yanaşı yaşamaya sadiq olduqlarını vurğulayıb:

"Biz vəziyyəti sabitləşdirməyə çalışırıq, çünki Livanın cənubunda sərhəd münaqişəsinin daha da gərginləşməsinin regional müharibəyə səbəb olacağını başa düşürük".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.