Dünya

Aİ-nin ali nümayəndəsi Livanın Baş naziri ilə görüşüb

6 Yanvar 2024 20:17
Baxış: 446
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Livanın Baş naziri Nəcib Mikati ilə görüşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu avropalı diplomat "X" hesabında yazıb.

"Baş nazir Nəcib Mikati ilə görüşdə Livanın cənubundakı vəziyyət, Qəzzada müharibənin təsiri və Suriyadakı vəziyyət müzakirələrin əsas mövzuları idi. Biz hamının marağında olan gərginliyin aradan qaldırılması və uzunmüddətli sabitlik istiqamətində diplomatiya yolu ilə birgə işləmək barədə razılığa gəldik", - J.Borrell bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.