Dünya

Konstitusiya Məhkəməsində serb hakim qalmadı

6 Yanvar 2024 07:21
Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsində serbləri təmsil edən hakim qalmayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsində fəaliyyət göstərən serb hakim Zlatko Knezeviç təqaüdə çıxıb.

Daha əvvəl isə 2022-ci ildə serb hakim Miodraq Simoviç təqaüdə çıxmışdı.

Beləliklə, 9 hakimlə işləməli olan Konstitusiya Məhkəməsində Bosniya və Herseqovinanın Serb Respublikasını təmsil edən heç bir serb hakim qalmayıb.

Hazırda Konstitusiya Məhkəməsində Bosniya və Herseqovina Federasiyasından bosniyalıları və xorvatları təmsil edən dörd, Rəyasət Heyəti üzvləri ilə məsləhətləşmələr əsasında beynəlxalq ictimaiyyət tərəfindən Albaniya, Almaniya və İsveçrədən təyin edilən üç hakim fəaliyyət göstərir.

Hazırda üçü əcnəbi olmaqla altı hakimi olan Konstitusiya Məhkəməsinin qərar qəbuletmə mexanizminin işləməsi üçün ən azı beş hakimin iştirakı tələb olunur.

Digər tərəfdən, bosniyalı hakimlərin də 2024-cü, 2025-ci və 2026-cı illərdə təqaüdə çıxacağı, siyasi fikir ayrılıqları səbəbindən yeni hakimlərin təyin olunmayacağı və 2026-cı ildə Konstitusiya Məhkəməsində bosniyalı hakimin də qalmayacağı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.