11:50
İndoneziyanın Yava adasının Çikalenqka-Haurpuqur hissəsində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə nəticəsində 28 nəfər xəsarət alıb.
----------
10:10
İndoneziyanın Yava adasında qatarlar toqquşub.
Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Çikalenqka - Haurpuqur hissəsində baş verib.
Baş verən qəza nəticəsində dəmiryolunun üç əməkdaşı həlak olub.
Qeyd olunub ki, bir neçə vaqon relsdən çıxıb.
Yolu təmizləmək üçün hadisə yerinə ağır texnika cəlb olunub, polis əməkdaşları sərnişinləri qəza yerindən təxliyə ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun