Dünya

ABŞ-da prezidentliyə yeni namizəd müəyyənləşdi

4 Yanvar 2024 01:28
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin rəsmi saytı məlumat yayıb.

Beləliklə, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək yeni namizəd müəyyənləşib.

Yanvarın 3-də kiçik Kennedinin 50 ştatın hamısında səsvermə bülleteni ilə bağlı planlarını açıqlayacağı gözlənilir.

O, bundan əvvəl "Fox News"a müsahibəsində "Amerika hərbi imperiyası"nın "söküləcəyi"ni vəd etmişdi. Həmçinin ÇXR və Rusiya Federasiyasının təxribatlarına yönəlmiş "ehtiyatsız və döyüşkən" siyasətə son qoyacağına, habelə ABŞ-ın xaricdəki hərbi bazalarının əksəriyyətini ləğv edəcəyinə və ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin sayını azaldacağına söz verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.