Dünya

Tarixi rekord: Putinin imzaladığı fərmanların yarısı…

3 Yanvar 2024 19:08
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ildə imzaladığı hər ikinci fərman məxfi olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Mediazona" nəşri məlumat yayıb.

Nəşr hüquqi aktların rəsmi internet saytındakı məlumatlara əsaslanaraq hesablayıb ki, Putinin 2023-cü ildə məxfi fərmanlarının payı ümumi fərmanların 49,5%-ni təşkil edib.

Bildirilib ki, ilk dəfə 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı məxfi fərmanların sayı 47%-ə çatıb. Sonrakı illərdə ən yüksək rəqəm isə 2022-ci ildə - Ukraynada savaşın başladığı il olub - 45%.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.