Dünya

Cinsiyyəti məlum olmayan uşaqlar doğuldu

2 Yanvar 2024 13:43
Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ildə Tümen vilayətində cinsiyyəti qeyri-müəyyən altı uşaq dünyaya gəlib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, regional səhiyyə idarəsi nadir mutasiyaya məruz qalan yeni doğulmuş körpələr barədə məlumat verib

Söhbət insanın həm xarici, həm də daxili cinsiyyət orqanlarının nə qadın, nə də kişi cinsinə uyğun gəlmədiyi mutasiyadan gedir. Bildirildiyinə görə, belə uşaqların cinsini cərrahi yolla düzəltmək olar. Eyni zamanda, cinsi aydınlaşdırmaq üçün genetik tədqiqat aparmaq lazımdır.

Regionda əvvəllər də cinsi inkişaf pozğunluğu olan uşaqlar doğulub. Məlumata görə, 2022-ci ildə üç, 2021-ci ildə isə iki körpəyə bu diaqnoz qoyulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.