Dünya

Jirinovskinin 2024-cü il “öngörüsü” yayıldı

2 Yanvar 2024 11:54
Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Liberal Ddemokrat Partiyasının keçmiş lideri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin 2024-cü il üçün proqnozu yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Gorodche" nəşri yazıb.

Bildirilib ki, Jirinovski ABŞ-ın 2024-cü ildə mövcudluğuna son qoyacağını proqnozlaşdırmışdı:

"2024-cü ildə ABŞ-da seçkilər olmayacaq, çünki Amerikanın özü də olmayacaq".

Jirinovskinin fikrincə, ABŞ-ın dağılmasının səbəbi, SSRİ kimi, ölkə daxilində millətlərarası münaqişələr olacaq.

Nəşr Jirinovskinin sağlığında verdiyi və artıq reallaşan proqnozlarını da xatırladıb. Xüsusilə, 2019-cu ildə Liberal Demokrat Partiyasının keçmiş lideri Yaxın Şərqdə münaqişə olacağını proqnozlaşdırmışdı.

"Hər kəs Ukraynanın nə olduğunu unudacaq, çünki İran KXDR, Vyetnam və ya Kosova deyil. Ən dəhşətli hadisələr burada baş verəcək", - deyə siyasətçi bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.