Dünya

Avstraliyalı alimlər diabet riskini azaldan dərman tapıblar

31 Dekabr 2023 17:07
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Monaş Universitetinin tədqiqat qrupu gündəlik 100 mq aspirin qəbulunun 2-ci tip diabetin inkişaf riskini azaltmağa kömək etdiyini müəyyən edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, alimlərin araşdırmasının nəticələri "The Lancet Diabetes & Endocrinology" jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri təxminən beş il ərzində yaşı 65-dən yuxarı olan 16 mindən çox qocanı müşahidə ediblər. Onlar iki bərabər qrupa bölünüblər: birincisi gündəlik 100 mq aspirin, ikincisi isə eyni miqdarda plasebo qəbul edib.

Tədqiqat zamanı 995 iştirakçıda II tip diabet inkişaf edib, birinci qrupda 459, ikinci qrupda isə 536 belə iştirakçı olub. Beləliklə, aspirin xəstəliyin inkişaf riskini 15% azaldıb. Müəlliflər bütün iştirakçıların sağlamlıq göstəricilərini təhlil etdikdən sonra birinci qrupdakı iştirakçılarda səhər saatlarında acqarına qanda qlükoza səviyyəsinin daha az artdığını aşkar ediblər.

Bununla belə, alimlər aspirinin mənfi təsirini - güclü qan durulmasını da təsdiqləyiblər. Bu, təhlükəli qanaxma riskini artırır, lakin tromboz riskini azaldır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.