Dünya

Serbiya müxalifəti aksiyanı dayandırdı

30 Dekabr 2023 23:29
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya müxalifəti bundan sonra Respublika Seçki Komissiyasının binası önündə etiraz aksiyası keçirməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya müxalifətinin liderlərindən Miroslav Aleksiç məlumat verib.

"Artıq Respublika Seçki Komissiyasının qarşısına toplaşmağın mənası yoxdur, çünki orada heç kim yoxdur, Yeni ildən sonra planlar, tədbirlər olacaq. Biz belə vaxtaşırı böyük görüşlər təşkil edəcəyik", - Aleksiç deyib.

Qeyd edək ki, bu gün müxalifət Belqradın mərkəzində dekabrın 17-də keçirilən parlament və bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq böyük mitinq keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.