Dünya

“Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı

29 Dekabr 2023 23:33
Baxış: 622
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Traktor" klubunun tərəfdarları, ictimai fəallar Məhvəş Nuri və Zəhra Fətəlizadə Gilan əyalətinin Ənzəli şəhərinin təhlükəsizlik idarəsinə çağırılıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə fəallar özləri məlumat yayıblar.

Çağırışın adıçəkilən fəalların "Traktor" və "Mələvan" komandaları arasında keçirilən görüşdə yaranan qarşıdurma ilə bağlı olduğu bildirilir.

Rəşt və Germi şəhərindən olan xanım fəallar görüş zamanı stadionda "Mələvan" komandasının tərəfdarları tərəfindən döyülüb və təhqir olunublar.

"Traktor" komandası bununla bağlı İran Futbol Federasiyasına şikayət etsə də, məsələ ilə bağlı tədbir görülməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.