Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə illik "Blumberq Billionaires" reytinqində göstərilir.
Reytinqdə birinci yeri yenidən amerikalı milyarder İlon Mask tutub. "Tesla Inc" şirkətinin rəhbərinin xalis sərvəti bu il 95,4 milyard dollar artaraq 232,393 milyard dollara çatıb. Buna şirkətin səhmlərinin dəyərinin 105% (iki dəfədən çox) artması birbaşa təsir edib.
Nəticədə o, keçən il reytinqdə birinci olmuş fransalı milyarder Bernar Arnonu geridə qoyub. Arno dünyanın ən böyük lüks mallar istehsalçısı "LVMH Moet Hennessy Louis Vuitton SA" şirkətinə rəhbərlik və nəzarət edir. Qlobal iqtisadiyyatda ümumi tənəzzül və dəbdəbəli mallara tələbatın azalması LVMH səhmlərinin dəyərinin artımını məhdudlaşdırıb, şirkətin səhmləri bu il 8,4% bahalaşa bilib.
Hazırda Maskın sərvəti Arnonunkunu (178,979 milyard dollar) 50 milyard dollardan çox üstələyir.
"Amazon.com Inc"nin təsisçisi. Ceff Bezos bu il sərvətinə 70 milyard dollar əlavə edərək, onu təxminən Arnanun sərvətinə bərabər hala gətirib.
"Maykrosoft" korporasiyasının təsisçisi Bill Qeytsin sərvəti 2023-cü ildə 140,511 milyard dollara qədər artıb. "Maykrosoft"un keçmiş baş direktoru Stiv Balmerin sərvəti isə 130,529 milyard dollara bərabər olub. Qeyts və Balmer "Blumberq Billionaires" reytinqində ilk beşliyi tamamlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun