Dünya

Yüzlərlə ölən olub, Rusiya bu cür gizlədib - Şok

29 Dekabr 2023 16:28
Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya 2023-cü ilin iyununda Kaxovka SES-də bəndin parladılması nəticəsində bölgədə daşqın qurbanlarının real sayını qəsdən gizlədib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Assoşeyted Press"in hazırladığı materialda qeyd olunub.

Material ölənlərin qeydiyyatını aparan tibb işçiləri, yerli sakinləri dəfn edən könüllülər, habelə Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən iki nəfərin məlumatları əsasında hazırlanıb.

Oleşki xəstəxanasının əməkdaşları bildiriblər ki, ruslar yerli qurumların nümayəndələrinə daşqın zamanı ölənlərin meyitlərinin qardaşlıq məzarlarında basdırılmasını tapşırıblar. Onların sözlərinə görə, təkcə Oleşkidə onlarla cəsədin basdırıldığı bir neçə belə qəbir qazılıb.

"Hətta yerli hakimiyyət orqanları həkimlərə ölüm şəhadətnamələri verməyi qadağan edib. Bəzi ölənlərin qohumları belə olmayıb, ona görə də onların dəfnləri ilə rəsmilər məşğul olub. Rus hərbçilər meyitləri özbaşına dəfn edənləri də hədələyib", - tibb işçilərnin verdikləri məlumatda qeyd olunub.

Agentliyə danışanlardan biri deyib ki, təkcə Oleşkidə daşqından ölənlərin sayı 200-300 arasındadır. Rusiyanın Xerson vilayətinə "qubernator" təyin etdiyi Vladimir Saldo isə həmin vaxt hadisə nəticəsində cəmi 59 nəfərin öldüyünü bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.