Dünya

NATO-nun bütün texnikası məhv ediləcək - Antonov

28 Dekabr 2023 20:54
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Kiyevə növbəti hərbi yardım paketi göndərməklə "son ukraynalıya qədər döyüşmək" konsepsiyasına sadiqlik nümayiş etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz Teleqram kanalında bildirib.

"Əminik ki, Vaşinqton bizi döyüş meydanında məğlub etmək səylərinin mənasızlığını artıq anlayıb. Bununla belə, onlar "kukla rejimini" uçuruma doğru itələyir və minlərlə sadə ukraynalını ölümə məhkum edirlər", - o vurğulayıb.

Səfir ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq yeni silah tədarükünün mövcud vəziyyəti dəyişə bilməyəcəyini deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın qələbəsini qəbul etməkdən qorxur, yalnız Ukraynanın saxta zəfərini tirajlayır:

"Ukrayna Silahlı Qüvvələrinin Qərb silahıyla törətdiyi bir terror aktı belə cavabsız qalmayacaq. NATO-nun bütün texnikası və sursatları məhv ediləcək. Amerikalıların Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün illüziya layihələrindən əl çəkməsinin vaxtı çatıb. Vaşinqton bilməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək səyləri mənasızdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.