Dünya

Şindlerin siyahısı inanılmaz qiymətə satışa çıxarıldı - FOTOlar

30 Dekabr 2023 02:30
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şindlerin siyahısının orijinal nüsxəsi "Moments in Time" hərracında satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, satıcı siyahının mövcud dörd nüsxəsindən biri üçün 1,8 milyon dollar istəyir. Kolleksiyaçı bu nüsxəni alman sənayeçisi Oskar Şindlerin mühasib və köməkçisi İzhak Şternin ailəsindən alıb.

Şindler Holokost zamanı 1200-ə yaxın yəhudini öz fabriklərində işlə təmin edərək onları xilas edib. O, işçiləri müvafiq siyahıya daxil edib.

Əvvəlki illərdə siyahıya görə 2 milyondan 2,5 milyon dollara qədər pul istənilsə də, alıcı tapılmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.