Dünya

HƏMAS-la müharibə çox yaxında bitəcək - Sabiq israilli nazir AÇIQLADI

27 Dekabr 2023 22:12
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəzza zolağında müharibə tezliklə, bu həftələrdə bitəcək".

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri əvvəllər İsrail hökumətində müxtəlif nazir postunu, o cümlədən 1999-2001-ci illərdə Ədliyyə naziri vəzifəsini tutmuş Yossi Beilin deyib.

O, İspaniyanın "La Vanguardia" qəzetinə müsahibəsində bildirib ki, HƏMAS-ın kökünü kəsmək qeyri-mümkündür: "Ancaq birlikdə oturub razılığa gəlməyimiz də mümkün deyil. Onlar bizimlə danışmaq və ya regionda mövcudluğumuzu etiraf etmək istəmirlər. Görünür, yeganə çıxış yolu onlarla mübarizə aparmaqdır.

Lakin müharibə əbədi davam edə bilməz. HƏMAS-ın qalıqları və ya başqa bir şeylə qarşılaşmaq üçün kiçik bir qüvvə qala bilər, amma bu, müharibə olmayacaq. Müharibə çox yaxında bitəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.