Dünya

İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb

27 Dekabr 2023 08:53
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail ordusunun daha 3 əsgəri həlak olub, 5-i isə ağır yaralanıb.

Anklavın mərkəzində döyüşdə 33 yaşlı baş çavuş Maor Lavi, şimalında 26 yaşlı mayor Şay Şamriz və 26 yaşlı kapitan Şaul Qrinqlik öldürülüb.

Yaralı 5 əsgər ağır vəziyyətdə İsrail xəstəxanalarına aparılıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrailin Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatına başladığı gündən həlak olan hərbçilərin sayı 161-ə çatıb.

Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsindən bəri İsrail hərbçiləri arasında qurbanların ümumi sayı 495 nəfər olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.