Dünya

Si Szinpin: Tayvan və Çin birləşəcək

27 Dekabr 2023 07:55
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tayvan mütləq materik Çinlə birləşəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Çin lideri Si Szinpin Çin Xalq Respublikasının qurucusu Mao Szedunun anadan olmasının 130 illiyinə həsr olunmuş çıxışı zamanı deyib.

"Biz hər hansı bir şəkildə Tayvanı Çindən ayırmağın qarşısını qətiyyətlə alacağıq", - Si Szinpin vurğulayıb.

Xatırladaq ki, Tayvan 1949-cu ildə Çin Respublikası hökuməti və Mao Szedunun başçılıq etdiyi kommunistlərə vətəndaş müharibəsində uduzan Homindan Partiyası üçün sığınacaq oldu. Onlar yeni Çin hakimiyyətinin legitimliyini tanımayıblar və özlərini kommunistlərə tabe olan ölkənin bir hissəsi hesab etmirlər.

Pekin Tayvanın suverenliyini tanımır və onu özünün əyalətlərindən biri hesab edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.