Dünya

"Tesla" robotu hücum edib işçini AĞIR YARALADI

27 Dekabr 2023 07:20
Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla"nın robotu nasazlıq səbəbindən Ostin yaxınlığındakı "Giga Texas" zavodunda işçiyə hücum edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Bildirilib ki, robot işçiyə hücum etmək üçün metal caynaqlarından istifadə edib. Hücum nəticəsində kişi kürəyindən və qolundan yaralanıb.

Həmçinin bildirilir ki, iki şahid robotun həmkarına necə hücum etdiyini görəndə baş verənlərdən dəhşətə gəliblər.

Qeyd olunur ki, robot yeni tökmə alüminium avtomobil hissələrini tutmaq və hərəkət etdirmək üçün nəzərdə tutulub.

Hadisə 2021-ci il üçün açıqlanan zədə hesabatında aşkar edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.