Dünya

“Qərb Ukraynada etdiklərini Serbiyada təkrarlayır” - Zaxarova

26 Dekabr 2023 19:47
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Qərbin Ukraynaya etdiyi kimi Serbiyaya da ultimatum verdiyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Russia Today" (RT) televiziyasına açıqlama verən Zaxarova Belqraddakı etiraz aksiyalarına münasibət bildirib.

Qərbin Ukraynaya qarşı qoyduğu kimi Serbiyaya da şərt, seçim etmək öhdəliyi qoyduğunu qeyd edən Zaxarova bildirib ki, Qərb serb xalqının milli maraqlarına uyğun inkişaf yollarının harmonik birləşməsini təklif etmir. Əksinə, Qərb rəsmi Belqradı Rusiya və öz arasında təzyiq altına salır. Bununla belə, Qərbin variantlar təklif edərkən təzyiqləri artırdığını və "Kimin yanında olursan ol, Rusiyanın yanında olma" həddinə çatdığını söyləyən Zaxarova, bunun bir ultimatum olduğunu vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.