Dünya

Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennett

25 Dekabr 2023 00:25
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.

Bennett bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında "qidalandırır":

"Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməməsi üçün İsraili dəstəkləməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.