Dünya

Priqojinin təyyarəsinə bombanı bu şəxs yerləşdiribmiş - ŞOK

24 Dekabr 2023 00:20
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Wall Street Journal" nəşri avqustun 23-də şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan "Vaqner" muzdlu qruplaşmasının qurucusu Yevgeni Priqojinin təyyarəsinə bomba qoyulduğunu və əməliyyata Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin şəxsən nəzarət etdiyini iddia edib. Kreml bu iddianı "ucuz uydurma" adlandırıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, WSJ bu məlumatı Qərb kəşfiyyat mənbələri və keçmiş rus kəşfiyyatçıya əsasən yayıb.

Embraer Legacy 600 tip özəl təyyarəsinin qanadının altına bomba qoyulduğunu iddia edən WSJ-nin xəbər hesabatında deyilir:

"Sankt-Peterburqa yola düşməyi gözləyərkən kabinədəki heç kim cihazın quraşdırıldığını hiss etmədi. Bomba partlamazdan əvvəl təyyarə təxminən 30 dəqiqə ərzində 28.000 fut yüksəkliyə qalxıb. Priqojin, onun dörd mühafizəçisi, üç ekipaj üzvü və yüksək vəzifəli Vaqner üzvləri də daxil olmaqla, təyyarədə olan 10 nəfərin hamısı həlak olub".

72 yaşlı Patruşev Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsindəki ən nüfuzlu simalarından biri kimi tanınır. Onlar hər ikisi KQB agenti olduqları vaxtdan yaxınlıq ediblər. İddia olunur ki, Patruşev yaxın dostu Putinə "Vaqner" muzdlu qruplaşması ilə bağlı dəfələrlə xəbərdarlıq edib və paralel orduya sahib olmağın səhv olduğunu deyib.

Kremlin sözçüsü Dmitri Peskov isə "Wall Street Journal"ın bomba xəbərini şərh etməkdən imtina edib. "Təəssüf ki, "Wall Street Journal" son vaxtlar ucuz bədii ədəbiyyat hazırlamağı sevir" - Peskov sadəcə bunu deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.