Dünya

Rusiyanın 300 milyardı Ukraynaya verilir - Şok

22 Dekabr 2023 11:40
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Co Bayden administrasiyası dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermək üçün müttəfiqlərlə təcili danışıqlara başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Konqresdə belə bir addıma dəstək artmaqdadır və bu, ABŞ administrasiyasında nikbinlik yaradır.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyanın hakimiyyət orqanları ilə müvafiq danışıqlar son vaxtlar sürətlənib. Söhbət təxminən 300 milyard dollarlıq Rusiya aktivindən gedir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.