Dünya

Dünyanın ən gəlirli səhmləri AÇIQLANDI

22 Dekabr 2023 08:53
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada ən gəlirli səhmlər Cənubi Koreyanın katod istehsalçısı "Ecopro Co" şirkətinə məxsusdur. Belə ki, bu qiymətli kağızlar ilin əvvəlindən 571 faiz bahalaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyahıda ikinci yerdə elektromobil akkumulyatorları üçün komponentlər istehsal edən Cənubi Koreyanın "Kum Yang Co" şirkətinin səhmləri qərarlaşıb. 2023-cü ilin əvvəlindən şirkətin qiymətli kağızları üzrə gəlirlilik 350 faizdən çox olub.

Koreya istehsalçılarının səhmlərinə investor marağı bazar gözləntiləri ilə əlaqələndirilir. Bəzi analitiklər tələb proqnozlarını aşağı salsa da, kotirovkalar yüksəlməyə davam edir. Dinamika həm də onunla bağlıdır ki, 2023-cü ildə bu şirkətlərin bir sıra çinli rəqibləri ABŞ-nin sanksiyalarına məruz qalıb və bazarda mövqelərini itirməyə başlayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.