Dünya

Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 23-ə çatıb

22 Dekabr 2023 08:08
Baxış: 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qvineyanın paytaxtı Konakrinin mərkəzində yanacaq anbarında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi Qvineya hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Agentlik bildirib ki, hadisə zamanı daha 241 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı məlum deyil.

Xatırladaq ki, bundan əvvəl Qvineya hökuməti 18 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirmişdi.

Konakridə böyük yanacaq anbarında güclü yanğın dekabrın 17-də baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.