Dünya

Ukrayna şirkətləri qorxuya saldı: ABŞ və Avropa NƏDƏN NARAHATDIR?

22 Dekabr 2023 07:39
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynada dalana dirənmiş münaqişədən narahatdırlar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb,

Nəşrin qeyd edib ki, blok yeni rus silahlarının istehsalını qabaqlaya bilmir. Kiyevə yardım üçün uzunmüddətli müqavilələr gələcək illər üçün müdafiə xərcləri ilə bağlı zəmanətli öhdəliklər götürmək istəməyən ABŞ və Avropa hakimiyyətləri üçün ciddi maneə olub.

Bundan əlavə, məqalədə deyilir ki, iri müdafiə şirkətləri də pullarını Ukraynadakı münaqişə üçün kritik olan silahlara yatırmaq istəmirlər, çünki onlar hökumətlərin qərarının sonda sarsılacağından qorxurlar.

Bundan əvvəl Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, istehsal problemləri səbəbindən ittifaq Ukraynaya vəd edilən milyon sursatın yalnız üçdə birini təmin edib. Bu bəyanat dekabrın 11-də Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.