Dünya

Türkiyəyə sürpriz mesaj: “Bizi HƏMAS-la barışdır”

21 Dekabr 2023 12:35
Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin HƏMAS-la aramızda vasitəçi olmasını istəyirik.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Fələstin "Fəth" Hərəkatının Mərkəzi Komitəsinin baş katibi Cibril ər-Rücub deyib.

HƏMAS-la görüşərək birliyə nail olmaq istədiklərini bildirən ər-Rücub Türkiyədə mühüm görüşlər keçirdiklərini açıqlayıb:

"Fələstin məsələsini müzakirə etdik. Bildirdik ki, parçalanmaya son qoymaq, milli birliyə nail olmaq istəyirik. Türkiyə çox böyük regional dövlətdir. Türkiyə parçalanmanın aradan qaldırılmasında, birliyin qurulmasında böyük rol oynaya biləcək müsəlman ölkəsidir. Hamıya açığıq, hər kəslə dialoqdayıq. İstəyirik ki, HƏMAS-dakı qardaşlarımızı vəziyyətə siyasi baxımdan yenidən nəzər salmağa sövq etsinlər".

"Fəth" HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunun məsuliyyətini üzərinə götürmüşdü.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.