Dünya

Parisdə bomba HƏYƏCANI: təxliyə əmri verildi

20 Dekabr 2023 21:28
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə yerləşən Versal sarayına gələn ziyarətçilər bomba olduğu iddia edilən anonim məlumatdan sonra tarixi məkanın ərazisini tərk etmək məcburiyyətində qalıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saray kompleksinin rəhbərliyi bomba xəbərindən sonra iki min ziyarətçinin təxliyə edildiyini təsdiqləyib.

Hazırda təxliyə başa çatıb və polis əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, partlayıcı qurğularla bağlı respublikanın müxtəlif dövlət və hökumət qurumlarına göndərilən telefon zəngləri və məktublardan sonra Versal Sarayına bu payızda ən azı yeddi dəfə təxliyə əmri verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.