Dünya

Kreml: Ukrayna ilə danışıqlar üçün heç bir baza yoxdur

20 Dekabr 2023 17:09
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın iştirakı olmadan Ukrayna üçün sülh formulunun axtarışı heç bir nəticəsi, potensialı olmayan absurd prosesdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, tez-tez xatırlanan "sülh formulu"nda sadəcə gözünüzü açıb faktlara baxmaq lazımdır. Onlar Rusiyanın iştirakı olmadan sülh formulunu axtarmağa çalışırlar. Bu, ən azı absurd prosesdir. Ciddi şəkildə desək, təbii ki, bu, heç bir nəticəsi, potensialı olmayan bir prosesdir", - o bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar məsələsinin indi əhəmiyyətsiz olduğunu, lakin Kiyevin "sülh formuluna" malik olduğunu bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.