Dünya

Ukrayna Putinin “Xəncər”ini sındırdı

19 Dekabr 2023 17:04
Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna raket əleyhinə müdafiə sistemi Vladimir Putinin "super silahları"ndan sayılan "Kinjal" (Xəncər) raketlərini vurmağı bacarıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı kəşfiyyat hesabatında deyilir.

Britaniyalı analitiklərin verdiyi məlumata görə, 2023-cü il dekabrın 14-də Rusiya Hərbi Hava Qüvvələri bu ilin avqustundan bəri ilk dəfə "Kinjal" ballistik raketindən istifadə edib. Əsas hədəf strateji əhəmiyyətli aerodrom olub. Belə görünür ki, Putinin çox öyündüyü "Xəncər" havadaca Ukrayna hərbçiləri tərəfindən dayandırılıb.

Qeyd edək ki, "Xəncər" Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə elan etdiyi 6 "super silah" növündən biridir. Bu raketlər Rusiyanın gələcək hərbi doktrinasında mühüm rol oynamalıdır. Rusiya bu silahlardan yüksək əhəmiyyət daşıyan və yaxşı qorunan hədəflərə qarşı istifadə edir. Lakin britaniyalı analitiklər "Xəncər"lərin olduqca uğursuz şəkildə tətbiq olunmasına diqqət çəkiblər. Onların sözlərinə görə, həmin sistemdən olan raket buraxılışlarının bir çoxu nəzərdə tutulan hədəflərə çata bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.