Dünya

NASA-nın xəbərdarlığından sonra bazarlara axışdılar

18 Dekabr 2023 21:19
Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA-nın hesabatlarına görə, son 6 ilin ən güclü günəş partlayışı baş verib. Mütəxəssislərin fikrincə, onun dünyaya təsiri qısa müddət ərzində görünəcək.

Milli.Az bakupost.az-a istinadla xəbər verir ki, NASA bu partlayışın səbəb ola biləcəyi maqnit qasırğası nəticəsində elektrik enerjisində fasilələr olacağı ilə bağlı xəbərdarlıq edib.

Mütəxəssislər elektrik enerjisinin uzun müddət kəsilməsi halında gündəlik həyatda ciddi axsamaların ola biləcəyinə diqqət çəkirlər.

İnsanlar bu xəbərdarlıqdan sonra tədbirlər görməyə, şam almaq üçün bazarlara axışmağa başlayıblar.

NASA-nın elektrik enerjisinin kəsilməsi xəbərdarlığından sonra, günəş alovunun yaratdığı maqnit fırtınaları ilə bağlı narahatlıqlar şam fabriklərinin tam gücü ilə işləməsinə səbəb olub.

Şam istehsalındakı artım zəncir bazarlarını da hərəkətə keçirdi. Bazarlar günəş partlayışları səbəbindən mümkün elektrik kəsilməsinə qarşı tədbir görmək üçün şam ehtiyatlarını artırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.