Dünya

Baş nazirlər Avropanın miqrasiya problemini müzakirə ediblər

18 Dekabr 2023 06:35
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Albaniyanın Baş naziri Edi Rama paytaxt Romada üçtərəfli görüş keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, görüşdə Baş nazirlər Avropada qanunsuz miqrasiya məsələsini müzakirə ediblər. Liderlər qitədə qeyri-qanuni miqrasiyanın daha strukturlaşdırılmış şəkildə həll edilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin insan alverçiləri ilə mübarizə sahəsində üç ölkə arasında əməkdaşlığın daha da intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, görüşdə Avropa İttifaqının genişlənmə prosesindəki son irəliləyişlərin əhəmiyyəti, eləcə də Qərbi Balkan regionunda mütləq sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.