İsraillə əlaqəsi olmayan gəmilərə hücum etməyəcəyik.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yəmənin üsyançı "Ənsar Allah" (Husi) hərəkatının nümayəndəsi Məhəmməd Abdel Salam bildirib.
"İsraillə əlaqəli gəmilər istisna olmaqla, Qırmızı dənizin təhlükəsiz olduğunu təsdiq edirik. Əgər İsrailə qarşı dəniz əməliyyatlarını dayandırmağımızı istəyirsinizsə, Qəzza zolağının blokadası aradan qaldırılmalı, ora ərzaq və dərman çatdırmalıdır", - deyə o əlavə edib.
Onun sözlərinə görə, husilərin Qırmızı dənizdəki əməliyyatları ciddi iqtisadi təsirə malikdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun