Dünya

Avropa şirkətləri Qırmızı dənizdə daşımalarını DAYANDIRIR

17 Dekabr 2023 21:14
Baxış: 717
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yəmən husilərinin davamlı hücumları Qırmızı dənizdə gəmiçiliyin dayandırılmasına təsir edib. Artıq dördüncü ən böyük Avropa şirkəti Süveyş kanalı vasitəsilə müxtəlif yüklərin daşınmasından imtina edib.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bu, bütün dünya üçün böyük iqtisadi itkilərlə nəticələnəcək.

Məlumata görə, Avropa ölkələri artıq Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır. 

Qeyd edək ki, dekabrın 12-də atılan raket Norveç tankerinə, bir gün sonra isə Marşal adalarının bayrağı altında üzən neft-kimya tankerinə dəyib. Bunun fonunda neftin qiymətində sıçrayış baş verib və nəqliyyat xərcləri artıb.

Belə ki, husilərin artan hücumları səbəbindən dünyanın ən böyük logistika şirkətləri (Danimarkanın "Maersk", Almaniyanın "Hapag-Lloyd", Fransanın "CMA CGM") Qırmızı dənizdəki fəaliyyətlərini məhdudlaşdırmağa başlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.