Dünya

Hərbi komissarların evlərini partladacaqlar - Şok iddia

17 Dekabr 2023 18:08
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zakarpatiya kənd sovetində qumbaraların partlaması Ukraynada vətəndaş müharibələrinin başlanacağını göstərir".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

"İndi bu hallar daha çox olacaq... Qarşıdurma olacaq, artıq başlayır... Hərbi komissarların mənzillərini, evlərini partladacaqlar", - Soskin qeyd edib.

Ekspert Ukraynanın Polşa və Macarıstanla sərhədlərində münaqişələrin də silahdan istifadəyə səbəb olacağından ehtiyat etdiyini bildirib.

Analitik proqnozlaşdırırlar ki, cəbhədəki uğursuzluqlar və geri qayıdan veteranların psixoloji travması cəmiyyətdə silahlı münaqişələrə səbəb olacaq. O əlavə edib ki, əsas qurbanlar hərbi komissarlıq işçiləri olacaq.

atırladaq ki, dekabrın 15-də Zakarpat vilayətində yerli qanunverici orqanın kənd şurasının iclası zamanı Məclisdə deputatlardan biri iki qumbaranın sancaqlarını qopararaq adamlarla dolu dar otağın ortasına atıb.\

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.