Dünya

Qərbin köməyi olmasa, Ukrayna bu tarixə kimi...

16 Dekabr 2023 08:50
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Avropa Birliyi Ukraynaya əlavə yardım göstərməsə, Ukrayna Rusiya ilə müharibədə uğursuzluğa düçar ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CNN ABŞ və Avropa rəsmilərinə istinadən məlumat dərc edib.

"Bizimlə uğura zəmanət yoxdur, lakin bizsiz onlar mütləq uğursuz olacaqlar", - ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib.

Qeyd olunub ki, Qərb rəsmiləri ABŞ-ın dəstəyinin itirilməsi və ya gecikməsinin müttəfiqlərinin yardım göstərməsinə təsir edəcəyindən qorxurlar. Macarıstanın da maliyyə dəstəyinin qarşısını alması AB-ni daha da çətin duruma salıb.

"Qərb kəşfiyyat agentlikləri indi Ukraynanın ABŞ və NATO-nun köməyi olmadan nə qədər davam gətirə biləcəyini hesablayır. ABŞ-ın yüksək rütbəli hərbi məmurlarından biri hesab edir ki, bu, bir neçə ay çəkə bilər", - CNN yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.