Roma Papası Fransisk dünyasını dəyişdikdən sonra Romada yerləşən "Santa Maria Maggiore" bazilikasında dəfn olunmasını istəyir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Roma Papası bu barədə Meksikanın "N+" telekanalına müsahibəsində danışıb.
"Yer artıq hazırlanıb, "Santa Maria Maggiore"də dəfn olunmaq istəyirəm. çünki bu yerə çox sadiqəm, həmişə ora gedirdim", - deyə Papa qeyd edib.
O, həmçinin özünü hazırda yaxşı hiss etdiyini qeyd edib.
Xatırladaq ki, 86 yaşlı Papa dekabrın əvvəli qripə yoluxduğu üçün BMT-nin iqlimlə bağlı Dubayda keçirilən sammitində iştirak etməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun